|
|
|
|

Nümayəndələr Palatasında və Senatda seçicilər tərəfindən birbaşa seçilən demokratlar dərhal etimad səsvermələrini keçirməli və nəticələri birbaşa Baydenlə bölüşməlidirlər.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Din Fillips "The Wall Street Journal"a dərc etdiyi məqalədə bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden ictimai rəy sorğularında qorxulu nəticələri görmürsə, demokrat konqresmenlər etimad səsverməsi keçirməlidir.
"Görünür, prezident sorğudakı rəqəmlərdən, aşağı faizlərdən və ölkədəki ümumi abu-havadan xəbərsizdir və ya onları rədd edir", - Minnesotadan olan demokrat konqresmen deyib.



