|
|
|
|

Almaniya kansleri Olaf Şolts hələ də lampalı televizordan istifadə edir.
525.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşr yazır ki, dövlət başçısı bu haqda Drezdendəki tədbirdə bildirib: “O, köhnə olsa da, hələ də əla işləyir”.
Şoltsun sözlərinə görə, o, yeni televizorları gördükdə düşünür ki, oxşar cihazlar 1 ildən sonra köhnələcəklər.
Maraqlıdır ki, Almaniya kansleri təxminən 2 il əvvəl bildirmişdi ki, hələ də 40 il öncə alınmış portfeldən istifadə edir. Şolts qeyd etmişdi ki, ildən ilə həmin aksessuar ona daha çox xoş gəlir.
İbrahim Cəfərov



