|
|
|
|

Banqladeşin paytaxtı Dəkkədə etirazlar davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeş polisi paytaxt Dəkkədə etirazları yatırmaq üçün odlu silahdan istifadə edib.
Artıq bir neçə gündür ki, hökümətin müəyyən qərarlarına etiraz ələmati olaraq, insanlar küçələrə axışıblar.
Onların əsas tələbi 1971-ci ildə Banqladeşin azadlığı uğrunda vuruşanların ailə üzvlərinə nəzərdə tutulmuş hökumət postlarındakı 30 faizə qədər kvota sisteminin ləğv edilməsidir.
Qeyd edək ki, asayişi bərpa etmək üçün komendant saatı tətbiq edilib, şəhərə ordu yeridilib.
L.Tağıyeva



