|
|
|
|

Çinin Şensi vilayətində leysan yağışlar və sel nəticəsində avtomobil körpüsü dağılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində körpüdə hərəkətdə olan 25 nəqliyyat vasitəsi çaya düşüb.
Xilasedicilər 7 avtomobili və onlarda olan 12 meyiti çaydan çıxara biliblər. Cəmi 1 nəfər sağ xilas olunub.
Qalan 18 nəqliyyat vasitəsi və onlarda olan 31 nəfər isə itkin düşüb.
Qeyd edək ki, xilasetmə işləri davam etdirilir. Yerli KİV kiminsə sağ qalma ehtimalını istisna edir.
L.Tağıyeva



