İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfərə gəlib.
525.az “Politico”ya istinadən xəbər verir ki, səfər çərçivəsində Netanyahunun prezidentliyə namizəd Donald Trampla görüşəcəyi gözlənilir. Böyük ehtimalla, görüş Floridada baş tutacaq.
Qeyd olunur ki, görüş zamanı Netanyahu Trampdan İordan çayının qərb sahili və Qəzza zolağı, eləcə də “Hizbullah”a qarşı əməliyyatlarla bağlı dəstək almaq arzusundadır.
Gözlənilir ki, Trampla görüşə qədər İsrailin Baş naziri iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.
İbrahim Cəfərov