|
|
|
|

Norveç çempionatda azarkeşlərə görə futbol matçı təxirə salınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən bazar 15-ci tur çərçivəsində keçirilən "Lillestrem" - "Rusenborq" oyunu başlayan kimi VAR sisteminə etiraz edən azarkeşlər meydana müxtəlif əşyalar, o cümlədən balıq kotletləri atıblar. Matçın hakimi Rohit Saggi oyunu dayandırmağa məcbur olub.
Bir müddət sonra görüş bərpa olunsa da, azarkeşlər sakitləşməyiblər. Fanatlar bu dəfə tennis topları da daxil olmaqla meydanı fərqli "silahlar"dan "atəşə tutublar". Hakim ikinci dəfə məcburi fasiləyə əl atıb.
Daha sonra oyunun boş tribunalar önündə keçirilməsi təklif olunub. Lakin Norveç Futbol Federasiyası fərqli qərar qəbul edərək, matçı təxirə salıb.
Xatırladaq ki, hakimlərin videoköməkçisi sayılan VAR (Video assistant referee) bir sıra beynəlxalq yarışlarda sınaqdan keçirildikdən sonra 2018-ci ildə futbol qaydalarına əlavə olunub. Azərbaycan çempionatında isə VAR 2022/23-cü illər mövsümündən başlayaraq tətbiq edilməyə başlanılıb.
L.Tağıyeva



