HƏMAS və FƏTH daxil olmaqla 14 Fələstin qruplaşmasının nümayəndələri Pekində “ixtilaflara son qoymaq” üçün bəyannamə imzalayıblar.
525.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Qeyd olunub ki, bəyannamə Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlardan sonra imzalanıb. Fələstin hərəkatlarının milli birlik hökuməti yaratmaq üçün çalışacağı gözlənilir, lakin Pekin hələlik detalları açıqlamayıb.
FƏTH və HƏMAS hərəkatları arasında münaqişə 2007-ci ildə kəskin şəkildə artmağa başlayıb və bu, Fələstin Milli Administrasiyasının (FMA) parçalanmasına, HƏMAS-ın nəzarəti altında olan Qəzza zolağının İordan çayının qərb sahilinə nəzarət edən FMA-dan ayrılmasına səbəb olub.
Pərvanə Sultanova