Efiopiyada 150-dən çox insan eyni anda iki kəndi vuran iri torpaq sürüşməsinin qurbanı olub.
525.az “Euronews”a istinadən xəbər verir ki, birinci sürüşmə sübh vaxtı, ikincisi isə günortaya yaxın baş verib. İkinci sürüşmə faciə yerində işləyənləri də əhatə edib.
Güclü yağışlar nəticəsində yaranan təbii fəlakət ölkənin cənubunda baş verib.
Axtarış-xilasetmə işləri davam edir, ən azı beş nəfər palçıqdan xilas edilib, lakin sağ qalanların tapılmasına ümidləri hər keçən saat azalır.
Pərvanə Sultanova