|
|
|
|

Çinin Quansi-Çjuansk bölgəsində turistləri qaldıran eskalatorun qırılması nəticəsində 1 nəfər ölüb, 60 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə turistlər Detyan şəlaləsini ziyarət edərkən baş verib.
Hadisə yerinə dərhal gələn xilasedicilər və təcili tibbi yardım briqadaları yaralıları xəstəxanalara çatdırıblar. Onlardan birinin vəziyyəti ağırdır. Digərləri həyati təhlükə daşımayan xəsarətlər alıblar.
Qeyd edək ki, Çinin Vyetnamla sərhədində yerləşən Detyan şəlaləsi Kuayşon çayının üzərindədir. Hündürlüyü 30, eni 200, dərinliyini isə 120 metr olan şəlaləni hər il on minlərlə turist ziyarət edir.
L.Tağıyeva



