|
|
|
|

“Avropa İttifaqı və NATO yalnız Rusiyanın məğlubiyyətini istəyir”.
525.az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə müsahibəsində Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.
O bildirib ki, Avropa İttifaqı və NATO-nu heç qurbanların sayı da maraqlandırmır: “Mən sülh istəyirəm. Lakin Avropa İttifaqının böyük hissəsini və NATO-nu sülh maraqlandırmır. Onlar qurbanların sayından asılı olmayaraq yalnız Rusiyanın məğlubiyyətini istəyirlər”.
Nazir müavininin fikrincə, Rusiyanı məğlub etmək mümkün deyil: “Çünki Rusiya dünyanın nüvə gücü hesab olunur. Şimali Atlantika alyansının hərəkətləri Rusiyanı nüvə silahından istifadə etmək həddinə çatdıra bilər”.
Aleksandr Vulin vurğulayıb ki, ölkəsi Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib: “Serbiya müstəqil şəkildə dostlarını seçmək hüququna malikdir”.
İbrahim Cəfərov



