|
|
|
|

ABŞ Venesuela prezidenti Nikolas Maduronu amnistiya müqabilində hakimiyyətdən əl çəkməyə təşviq etməyə çalışır.
525.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” bir neçə mənbəyə əsasən məlumat yayıb.
Bayden administrasiyası ABŞ Ədliyyə Nazirliyinin narkotik ticarətində iştirak etməkdə və ölkəyə kokain tədarük etməkdə ittiham etdiyi Maduro və onun köməkçilərinin əfv edilməsi məsələsini müzakirə edir.
WSJ mənbələrindən biri deyib ki, Vaşinqton Maduronu hakimiyyəti tərk etməyə razı salmaq üçün “hər şeyi masanın üstünə qoyub”. Başqa bir mənbə isə bildirib ki, ABŞ Maduronu və onun köməkçilərini ekstradisiya məqsədilə təqib etməmək üçün zəmanət verməyə hazır olacaq.
Məlumat görə, danışıqlar Venesuela Konqresinin sədri Xorxe Rodriqes və ABŞ Milli Təhlükəsizlik Şurasında Venesuela siyasətinin rəhbəri Daniel P. Erikson arasında aparılıb.
Xatırladaq ki, iyulun 29-da Venesuelada keçirilən prezident seçkilərinin qalibi Nikolas Maduro olub. Lakin müxalifət seçkinin nəticəsi ilə razılaşmayıb, ölkədə etiraz aksiyaları başlayıb. Bir sıra ölkələr də seçkinin nəticəsini tanımayıb.
Pərvanə Sultanova



