|
|
|
|

ABŞ-ın keçmiş prezidenti və bu posta yenidən namizəd olan Donald Tramp bir ildən sonra ilk dəfə “X” sosial şəbəkəsində paylaşım edib.
525.az “Report”-a istinadən xəbər verir ki, o, təşviqat kampaniyası ilə bağlı video paylaşıb.
Qeyd edək ki, onun platformanın sahibi İlon Maskla müsahibəsi gözlənilir.
Xatırladaq ki, Donald Trampın "X"dakı səhifəsi 2022-ci ildə sahibkar İlon Maskın siyasətçinin bu sosial şəbəkədəki hesabının blokdan çıxarılmasını elan etməsindən dərhal sonra bərpa olunub.



