Venesuela prezidenti Nikolas Maduro İlon Maska məxsus "X" sosial media platformasına 10 gün müddətinə girişin qadağan edilməsi barədə göstəriş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda Miraflores Sarayında tərəfdarlarına müraciət edən prezident Nikolas Maduro "X"ın Venesuelada nifrət və zorakılıq yaydığını müdafiə edib.
Maduro Milli Telekommunikasiya Komissiyası (CONATEL) ilə danışdığını və "X"ın 10 gün müddətinə bağlanması üçün lazımi göstərişlər verdiyini bildirib.
Amerikalı milyarder Maska reaksiya verən Maduro: "İlon Maska məxsus "X" bütün qanunları pozub. Bu ölkədə faşizmi, vətəndaş müharibəsini, ölüm və nifrət yaymağı dayandırın", - deyib.
Tərəfdarlarından verdiyi qərarla bağlı onun yanında olmalarını istəyən Maduro: "WhatsApp", "Instagram" və "TikTok"dan başqa yeni sosial media platformalarının bir gün Venesuelada doğulacağına tam inanıram", - deyib.
Malik Atilay