Akademiya şəhərciyində yeni binalar tikiləcək. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib.
A. Əlizadə deyib ki, həmin binalar AMEA-nın qurumları üçün nəzərdə tutulub.
İclasda noyabrın 10-11-də keçiriləcək Bakı Elm Festivalı barədə də məlumat verilib. A. Əlizadə vurğulayıb ki, festivalla bağlı ali məktəb rektorlarına məktublar göndərilib. Həmin festivalda orta məktəb şagirdlərinin də iştirak edəcəyini deyən akademik əlavə edib ki, qeyd olunan festivalda iştirakla əlaqədar olaraq, Milli Məclisin deputatlarına da dəvətnamələr göndəriləcək.
İclasda həmçinin AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətləri AMEA-nın elmi bölmələrinə həvalə edilib.