Türkiyədə “Tvitter”dəki saxta profil istifadəçiləri cəzalandırılacaq.
Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rabitə naziri Lütfi Əlvan açıqlama verib. Nazir bildirib:
“6-7 oktyabr hadisələrində “Tvitter”də açılan saxta profillərdən insanların küçələrə dəvət edildiyini müəyyənləşdirmişik. İP adresləri dəqiqləşdiriləndən sonra lazımi cəzalar veriləcək”.