
İsrail Qəzza zolağı ilə Misir arasındakı sərhəddən öz qoşunlarını çıxarmaq niyyətində deyil.
525.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Martın 1-i şənbə günü başa çatacaq atəşkəs razılaşmasının uzadılması halında İsrail ordusunun bölgədən çıxarılmasının martın əvvəlində başlayacağı gözlənilirdi.
"Biz Filadelfiya dəhlizini tərk etməyəcəyik", - İsrail rəsmisi bildirib.
Mənbənin sözlərinə görə, İsrail Fələstinin HƏMAS hərəkatının yük maşınlarında və tüfənglərlə sərhəd boyu hərəkət etməsinə icazə verməyəcək.
Pərvanə Sultanova



