
Almaniyanın BMW şirkətinə yeni Baş direktor təyin olunub.
Avto.lent.az-ın məlumatına görə, şirkətin yeni rəhbəri Harald Krüqer, öz vəzifəsinin icrasına növbəti ilin may ayından başlayacaq.
Hazırkı posta təyin edilməmişdən öncə H. Krüqer konsernin istehsalat şöbəsinin rəhbəri vəzifəsini icra edirdi.
Şirkətin hazırkı direktoru Horbert Raythover vaxtından əvvəl istefaya gedir, lakin şirkətdə qalaraq müşahidə şurasının rəhbəri vəzifəsini icra edəcək.



