Bakının mərkəzi küçələrindən birində təmir-tikinti işləri aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Şərifzadə küçəsinin (Kaktus restoranının yanından) İ.Zülalov küçəsi ilə kəsişməyədək olan hissəsi yolda aparılan təmir-tikinti işləri səbəbindən bağlıdır.
Şərifzadə küçəsinin İ.Zülalov küçəsi ilə kəsişməsindən Nazim Hikmət küçəsi ilə kəsişməyədək olan hissəsində təmir-tikinti işləri tamamlanıb və yol sürücülərin istifadəsinə verilib.