525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Balakən Dəmir Yolu Stansiyasında dayanmış Balakən-Bakı qatarında meyit aşkar edilib. Müəyyən edilib ki, bu qatarın sərnişini Sarıbulaq kənd sakini Sabir Motuxovun meyididir. Meyidin üzərində zorakılıq əlaməti aşkar edilməyib. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.