Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həlli tapşırılıb.
Qeyd edək ki, dövlət başçısı 2013-cü ilin oktyabrın 24-də imzaladığı sərəncamla Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasını təsdiq edib.