
“Cenevrədə müzakirə edilən Amerikanın Ukrayna planının əsas parametrləri Moskvaya çatdırılıb.”
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, bütün tərəflər Ukrayna nizamlanmasının sülh yolu ilə həllinə doğru irəliləmək istəyini ifadə edirlər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya mümkün səfərinə gəlincə, mətbuat katibi vaxt barədə məlumatın daha sonra veriləcəyini vurğulayıb.
Əlavə edib ki, Moskva müzakirə olunan nizamlamanın bütün mümkün parametrlərini açıqlamayacaq.
Pərvanə Sultanova



