
“Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ilin mart ayına qədər hazır olmalıdır”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Konstitusiya İslahatı Şurasının növbəti iclasında bildirib.
“Mən Ədliyyə Nazirliyinin mətnin hazırlanması və onun işlənməsi müddətləri ilə bağlı üzərinə götürdüyü öhdəliyi bir daha təkrarlamaq istərdim. Xüsusilə öhdəlikdə nəzərdə tutulub ki, Konstitusiyanın yeni mətni martda hazır olmalıdır", - Qalyan deyib.
Pərvanə Sultanova



