
Rusiya prezidenti Vladimir Putin 4-5 dekabr tarixlərində Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə bu ölkəyə dövlət səfəri edəcək.
525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu səfər mühüm əhəmiyyət kəsb edir, Rusiya-Hindistan münasibətlərinin geniş gündəliyini, o cümlədən siyasi, ticari- iqtisadi, elmi, texnoloji, mədəni və humanitar sahələrdə əlaqələrin hərtərəfli müzakirəsinə, eləcə də cari beynəlxalq və regional məsələlərin nəzərdən keçirilməsinə fürsət yaradır. Məhz bu məsələlər Narendra Modinin başçılıq etdiyi Hindistan nümayəndə heyəti ilə danışıqlarda diqqət mərkəzində olacaq.
Putin Hindistan prezidenti Droupadi Murmu ilə də ayrıca görüş keçirəcək.
Danışıqlar nəticəsində birgə bəyanatın qəbulu və bir sıra ikitərəfli sənədlərinin imzalanması gözlənilir.
Pərvanə Sultanova



