
ABŞ-nin Kaliforniya ştatında ailəvi tədbirdə atışma baş verib.
525.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib k, atışma nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Stokton merinin müavini Ceyson Li sosial şəbəkədəki paylaşımında hücumun bir uşağın ad günü şənliyində baş verdiyini bildirib. O, hadisənin təfərrüatlarının araşdırıldığını vurğulayıb.
İbrahim Cəfərov



