
Fransanın Nansi şəhəri yaxınlığındakı Meurthe-et-Moselle əyalətində üçmərtəbəli binada yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meurthe-et-Moselle qubernatorluğu məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində 5 nəfər, o cümlədən 16 yaşlı yeniyetmə həlak olub.
Təxminən 70 yanğınsöndürən alovun ətrafdakı binalara keçməsinə mane olmağa çalışıb.
Yanğının səbəbi hələlik açıqlanmayıb.
İbrahim Cəfərov



