
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2-3 dekabr tarixlərində Brüsselə işgüzar səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2 dekabrda Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının altıncı iclası keçiriləcək. Müzakirələrdən sonra Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər.
Dekabrın 3-də isə onun Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ikinci sammitində çıxışı planlaşdırılır. Həmçinin ikitərəfli görüşlər də nəzərdə tutulub.
Pərvanə Sultanova



