
Avropa rəsmiləri prezident Donald Trampı Amerikanın Avropadakı hərbi mövcudluğunu azaltmaq qərarına yenidən baxmağa inandırmağa çalışırlar.
525.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, noyabr ayında Rumıniyada keçirilən NATO təlimləri Avropa ölkələrinin Amerika dəstəyindən asılılığını nümayiş etdirib. Buxarestdən 260 km aralıda yerləşən Çinku bölgəsində manevrlər zamanı Fransanın komandanlığı altında olan Avropa hərbi qulluqçuları Karpat sərhədlərinin müdafiəsi üzrə məşq ediblər. Lakin iştirakçıların fikrincə, nəqliyyat infrastrukturundakı problemlər səbəbindən gücləndirmə qüvvələrinin cəbhə xəttinə çatması bir neçə həftə çəkə bilər və bu da Rumıniya qüvvələrini “düşmən” qarşısında tək qoyur.
ABŞ Şərqi Avropadakı hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə azaldılmasına başlayıb. Xüsusilə, Rumıniyadan təxminən 800 Amerika əsgəri çıxarılır, həmçinin Bolqarıstan, Slovakiya və Macarıstandakı kontingentin də azaldılması planlaşdırılır.
Pərvanə Sultanova



