
Belçikanın 50 ildir işləyən “Doel 2” nüvə reaktoru həmişəlik bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Engie” enerji şirkəti 1975-ci ildə Belçikada açılan “Doel 2” nüvə reaktorunun 50 illik fəaliyyətdən sonra elektrik şəbəkəsindən ayrıldığını açıqlayıb.
Belçika Federal Nüvə Nəzarəti Agentliyi də reaktorun şəbəkədən ayrılmasının təhlükəsiz şəkildə həyata keçirildiyini bildirib.
Fəaliyyətini dayandıran “Doel 2” reaktoru 445 meqavat-saat elektrik enerjisi gücünə malik idi.
Bağlanma prosesinin bir hissəsi olaraq reaktorun uzun müddət park ediləcəyi və 2040-cı ildə son istismardan çıxarılması gözlənilir.
Belçikanın cəmi yeddi reaktoru var idi: dördü Niderland sərhədi yaxınlığındakı “Doel AES”də, üçü isə Almaniya və Lüksemburq sərhədləri yaxınlığındakı “Tihange AES”də. “Doel 2” Belçikanın bağlanan sayca beşinci reaktorudur.
İbrahim Cəfərov



