|
|
|
|

İsrail ordusu Livanın cənubundakı Sidon şəhərinə hava hücumları təşkil edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda hədəf alınan üçmərtəbəli bina tamamilə dağılıb və ətrafdakı binalara da ziyan dəyib. Əraziyə çoxlu sayda təcili yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib.
Livan mediası hücumun İsrailin döyüş təyyarələri tərəfindən təşkil edildiyini yazıb. Bildirilib ki, hava hücumu nəticəsində yaralananlar var.
İbrahim Cəfərov



