
ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyatı dünya gündəmində əsas mövzuya çevrilib.
525.az xəbər verir ki, “Washington Post” qəzeti bununla bağlı sorğu keçirib.
3 yanvarda Donald Tramp administrasiyasının Venesuelaya hərbi müdaxiləsi ilə bağlı 1004 amerikalının fikri öyrənilib.
Sorğu iştirakçılarının 42 faizi Maduronu həbs etmək üçün ABŞ hərbi müdaxiləsinə qarşı çıxsa da, 40 faizi onu dəstəkləyib, 18 faizi isə qərarsız qalıb.
Respublikaçıların 74 faizi bu "hərbi əməliyyatı" dəstəklədiklərini, Demokratların 76 faizi isə dəstəkləmədiklərini bildirib.
İştirakçıların 63 faizi Trampın Konqresin təsdiqi olmadan əməliyyat keçirmək əmrinə qarşı çıxsa da, 37 faizi bunu "haqlı" bir hərəkət hesab edib.
İştirakçıların yarısı ABŞ-ın Maduronu "narkotik qaçaqmalçılığı"na görə məsuliyyətə cəlb etməli olduğunu iddia edib, 14 faizi isə buna qarşı çıxıb, 36 faizi isə "qətiyyətsiz" qalıb.
İştirakçıların 24 faizi ABŞ-ın Venesuelada yeni hökumət təyin etmə ehtimalını dəstəkləyib, 45 faizi isə buna qarşı çıxıb, 30 faizi isə "qətiyyətsiz" qalıb.
Venesuelanın gələcək rəhbərliyinə kimin qərar verməli olduğu ilə bağlı iştirakçılar arasında böyük fikir ayrılığı yaranıb. Respondetnlərin 94 faizi Venesuela xalqının söz sahibi olmalı olduğunu, 6 faizi isə qərar qəbuletmə gücünün ABŞ-da olmalı olduğunu bildirib.
İbrahim Cəfərov



