
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb, 10 nəfər isə yaralanıb.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 424 nəfər həlak olub, dağıntılar altından 685 cəsəd çıxarılıb, 1199 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 71 391-ə, yaralıların sayı isə 171 279 nəfərə çatıb.
İbrahim Cəfərov



