
ABŞ-nin hərbi müdaxiləsi zamanı həyatını itirən əsgərlər üçün Venesuelada 7 günlük milli matəm elan olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Ali Məhkəməsinin qərarı ilə müvəqqəti prezidentlik vəzifəsini icra edən Delsi Rodrigez dövlət televiziyasında çıxışı zamanı deyib.
“Bu gənclər Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərək həyatlarını qurban verdilər. Bizim onlara minnətdarlıq borcumuz var. Onların hərəkətsiz bədənlərinin görüntüləri məni ağrıtdı, amma bilirəm ki, onlar bu respublikanın ən yüksək dəyərləri uğrunda özlərini qurban verdilər”, - deyə Rodrigez bildirilib.
Qeyd edək ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi zamanı 32 Kuba əsgəri və 24 Venesuela hərbçisi həyatını itirib.
İbrahim Cəfərov



