
Filippinin cənub-şərqindəki Bakulin sahillərində 6.4 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Qeyd olunub ki, episentri Bakulindən təxminən 16 kilometr şərqdə yerləşən zəlzələ təxminənm 35 kilometr dərinlikdə baş verib.
Yeraltı təkanlar zamanı heç bir tələfat və ya dağıntı olmayıb, eləcə də sunami xəbərdarlığı verilməyib.
Qeyd edək ki, dünyanın ən seysmik cəhətdən aktiv ölkələrindən biri olan Filippin Sakit Okean Alov Halqasında yerləşir.
İbrahim Cəfərov



