
Burkina-Fasonun təhlükəsizlik qüvvələri ölkə prezidenti İbrahim Traore də daxil olmaqla, yüksək vəzifəli məmurlara qarşı sui-qəsd planının qarşısını alıb.
525.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Məhəmməd Sana bildirib.
Nazirin sözlərinə görə, plana əsasən əvvəlcə dövlət başçısının zərərsizləşdirilməsi, daha sonra mülki və hərbi vəzifəli şəxslərə qarşı bir sıra məqsədyönlü sui-qəsdlər həyata keçirilməli idi. Prezidentə sui-qəsd cəhdi ya yaxın məsafədən, ya da onun iqamətgahına dron hücumu ilə nəzərdə tutulub. Bundan sonra, plana əsasən, xarici qüvvələrin quru müdaxiləsi baş verməli idi.
Nazir əlavə edib ki, təhlükəsizlik orqanları sui-qəsdin üstünü aça və bəzi iştirakçıları saxlaya bilib. O, ölkə sakinlərini təmkinli olmağa çağırıb.
Pərvanə Sultanova



