
ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın böyük oğlu və mühafizəkar şərhçi Maykl Reyqan vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.
Ronald Reyqanın Prezident Fondu və İnstitutu Maykl Reyqanın vəfatı ilə bağlı açıqlama yayıb:
"Maykl Reyqan Prezident Reyqanın ideallarına sarsılmaz sadiqliyi ilə formalaşmış bir həyat yaşayıb".
Qeyd edək ki, 1945-ci ildə anadan olan Maykl Reyqan, doğulduqdan bir neçə saat sonra Ronald Reyqan və o vaxtkı həyat yoldaşı Ceyn Vayman tərəfindən övladlığa götürülüb. Arizona Dövlət Universitetində təhsil alan Maykl Reyqan daha sonra aktyorluğa başlayıb və müxtəlif tamaşalarda rol alıb.
İbrahim Cəfərov



