
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı xəbərləri təkzib edib.
525.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
“Bizə belə bir məlumat daxil olmayıb, bu, baş verməyib”, - Ərdoğan bildirib.
Daha əvvəl The New York Times qəzeti 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməklə bağlı təklif verdiyini, lakin Venesuela liderinin planı rədd etdiyini yazıb.
Pərvanə Sultanova



