
Dünən axşamüstü Perm vilayətində ikiyerlik şəxsi helikopter qəzaya uğrayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə "Aşatli-park" istirahət bazasının ərazisində baş verib.
Qalxarkən idarəetmədən çıxan "Robinson R44 Raven" markalı helikopter kanat troslarına ilişərək havada qalıb, bir qədər sonra isə yerə çırpılıb.
Qəza zamanı helikopterdə olan iki nəfər həlak olub.
Qəzadan az sonra ölənlərin kimliyi bilinib. Bunlar permli milyonçu, "Tattranskom" kompaniyasının təsisçisi İlyas Qimuditdinov və rəhbər şəxslərdən olan Elmir Konyakovdur.
Qeyd edək ki, ilkin məlumata görə, uçuş icazəsiz olub. Qəzanın səbəbləri araşdırılır.
L.Tağıyeva



