
İranın xarici işlər naziri Abbas Əraqçi Livana səfərə gedib.
525.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Əraqçi rəhbərlik etdiyi siyasi və iqtisadi nümayəndə heyəti ilə Livan rəsmiləri ilə görüşlər keçirəcək.
Jurnalistlərə açıqlamasında XİN başçısı İranın Livanla əlaqələrin genişləndirilməsinə sadiq olduğunu vurğulayıb və qeyd edib ki, səfərin əsas aspekti iqtisadi əməkdaşlıq olacaq.
Pərvanə Sultanova



