
Venesuelada çoxlu sayda insan, o cümlədən siyasi məhbuslar həbsdən azad edilib.
525.az xarici KİV-ə istinadən xəbər ki, bu barədə Milli Assambleyanın prezidenti Xorxe Rodriges bildirib.
O, dövlət televiziyası VTV-də çıxış edərək, ölkədə sülh və sosial birliyi gücləndirmək üçün xeyli sayda insanın azad edildiyini açıqlayıb. Rodriges İspaniyanın keçmiş Baş naziri Xose Luis Rodriges Zapateroya, Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya və Qətər hökumətinə prosesə verdikləri töhfələrə görə təşəkkür edib:
“Bu jesti Bolivar hökumətinin sülhə can atmaq niyyətinin nümayişi kimi, hamımızın respublikamızın sülhsevər həyatını təmin etməli olduğumuz töhfə kimi qəbul edin”.
Rodriges konstitusiyada göstərilən qaydalara əməl edən siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları ilə dialoqa hər zaman açıq olduqlarını, ölkədə sülh mühitinin möhkəmləndirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.
Foro Penal vətəndaş cəmiyyəti təşkilatının son açıqlamasına görə, ölkədə 863 siyasi məhbus var, onlardan 86-sının ikili vətəndaşlığı mövcuddur.
İbrahim Cəfərov



