
Pakistanın paytaxtı İslamabadda toyda partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışa səbəb qaz balonu olub.
İlkin məlumata görə, partlayış nəticəsində 8 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Həyatını itirənlərdən ikisi bəy və gəlindir.
Qeyd olunub ki, partlayış nəticəsində şadlıq evi çöküb. Bu səbəbdən də dağıntılar altında qalanların olması ehtimal edilir. Həmçinin ətrafdakı ən azı 4 evə ziyan dəyib.
Hadisə ilə bağlı istintaq davam edir.
İbrahim Cəfərov



