
Kolumbiyada kiçik təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Paipa şəhərindən Medellinə üz tutan təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
Qəza nəticəsində 6 nəfər həlak olub. Onlardan biri Kolumbiyanın tanınmış pop musiqiçisi Yeison Ximenezdir. Medellinə konsert verməyə gedən 35 yaşlı sənətçinin ölümü bütün ölkədə böyük kədərə səbəb olub.
Qəribədir ki, Ximenez qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında bir neçə dəfə yuxuda təyyarə qəzası gördüyünü demişdi.
İbrahim Cəfərov



