
İstanbulun Zeytinburnu bölgəsində partlayış olub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşayış kompleksinin girişinə qoyulan bağlama partlayıb. Hadisə zamanı yaxınlıqda olan iki nəfər xəsarət alıb.
Dərhal hadisə yerinə polis, tibb, xilasetmə və AFAD (Fəlakət və Təcili Yardım İdarəsi) qrupları göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya aparılıb.
Partlayışın baş verdiyi yaşayış kompleksinin ətrafı mühasirəyə alınıb.
Hadisə ilə bağlı araşdırma başlayıb. Hələlik partlayışın səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
İbrahim Cəfərov



