
Missisipi ştatında, Uest-Point şəhəri yaxınlığında atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər həlak olub.
Hadisəni törədən 24 yaşlı Darik Mur adlı gənc olub. O, 3 müxtəlif yerdə 6 nəfərə atəş açaraq qətlə yetirib. Sonradan bəlli olub ki, ölənlər qatilin atası, əmisi, 3 qardaşı və 7 yaşlı qız uşağıdı. Cinayətkar polis tərəfindən saxlanılıb.
Polisdən verilən məlumata görə, Darik Mur 7 yaşlı qızı zorlamaq istəyib. Ona mane olmağa çalışan yaxınlarını və uşağı isə güllələyib.
L.Tağıyeva



