
Ötən il dekabrın 29-dan İranda keçirilən etiraz aksiyaları zamanı 538 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkədə yerləşən Human Rights Activist News Agency (HRANA) insan haqlarının müdafiəsi təşkilatı məlumat yayıb.
Təşkilatın bildirdiyinə görə, ölənlərin 490-ı aksiyaçı, 48-i isə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Aksiyalarda iştirak edən 10,6 min etirazçı isə saxlanılıb.
Yeri gəlmişkən, dünən ölkədə baş verən hadisələr zamanı həyatlarını itirənlərə görə 3 günlük matəm elan edilib.
L.Tağıyeva



