
İranın Məşhəd şəhərində narkotiklərlə mübarizə idarəsinin rəisi general Cavad Keşavarz etirazçıların aqressiv hərəkətləri nəticəsində öldürülüb.
525.az xəbər verir ki, bu barədə Xorasan-Rəzəvi əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, briqada generalı Cavad Keşavarz şəhərdə “silahlı terrorçuların” hücumu nəticəsində həlak olub.
Pərvanə Sultanova



