
İspaniya polisi tarixi ərzində açıq dənizdə ən böyük partiya narkotik maddəni ələ keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Kanar adaları yaxınlığında keçirilən əməliyyatda ABŞ-nin narkotiklərlə mübarizə idarəsinin, Braziliya federal polisinin, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə milli agentliyinin, Fransa və Portuqaliya dövlətlərinin nümayəndələri də iştirak edib.
Braziliyadan Avropaya üzən və yükü duz olan gəmidə 10 ton kokain aşkarlanıb.
Qeyd edək ki, əməliyyat zamanı 13 nəfər həbs edilib və gəmi ilə birlikdə Santa-Krus-de-Tenerife portuna aparılıb.
L.Tağıyeva



