
ABŞ prezidenti Donald Tramp Nobel Sülh mükafatı laureatı və Venesuela müxalifətnin lideri Mara Korina Maçado ilə görüşəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş cümə axşamı günü Ağ Evdə keçiriləcək.
Dünya mətbuatı bu görüşü 3 yanvarda Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından sonra çox əhəmiyyətli hesab edir.
Baxmayaraq ki, Maduronun qaçırılmasından sonra Tramp 2024-cü il seçkilərində qələbə qazandığını iddia edən Maçadonu ölkənin yeni lideri kimi dəstəkləmədi. ABŞ prezidenti Venesuelanın keçmiş vitse-prezidenti Delsi Rodrigezi dəstəklədiyini açıqladı və prezident səlahiyyətləri müvəqqəti olaraq ona tapşırıldı.
Xatırladaq ki, Mara Korina Maçado keçən həftə verdiyi açıqlamada Trampa şəxsən təşəkkür etmək istədiyini bildirdi və qazandığı Nobel Sülh mükafatını ona verməyi təklif etdi. Tramp bunun böyük şərəf olacağını desə də, Nobel Komitəsi mükafatın başqasına verilə bilməyəcəyini bəyan etdi.
İbrahim Cəfərov



