
“Ermənistan Azərbaycan da daxil olmaqla heç bir ölkə ilə silahlanma yarışına girmək niyyətində deyil”.
525.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, silahlanma yarışından imtina etmək hökumətin açıq mövqeyidir.
"Bizim heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girmək niyyətimiz yoxdur və bu, hökumətimizin mövqeyidir. Lakin bu, ölkənin müdafiə imkanlarının inkişafından imtina etmək demək deyil. Ermənistan silah və hərbi texnika almağa, eləcə də ordusunu modernləşdirməyə davam edəcək”, - Papikyan söyləyib.
Pərvanə Sultanova



