
Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı "Xüsusi Hərbi Əməliyyat" adı altında başlatdığı müdaxilə dünən acınacaqlı bir rekord qırdı.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadakı müharibə gün sayına görə İkinci Dünya savaşını geridə qoyub. Hitler rəhbərliyindəki Nasist Almaniyası 22 iyun 1941-ci ildə Sovet Rusiyasına hücum edib və bu müharibə 1418 gün çəkib, 9 may 1945-ci ildə Qırmızı Ordunun Berlinə girməsi ilə başa çatıb. Rusiyanın 24 fevral 2022-ci ildə başlayan Ukraynadakı elan edilməmiş müharibəsi 1419-cu gününü 12 yanvar 2026-cı ildə başa vurdu. Üstəlik, nə vaxt bitəcəyi və Avropanı əhatə edən daha böyük bir müharibəyə çevrilib-çevrilməyəcəyi əsas sual olaraq qalır.
Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin ölənlərinin sayı dövlət sirri kimi saxlanılsa da, yüz minlərlə əsgərin və on minlərlə mülki şəxsin öldürüldüyü məlumdur.
İbrahim Cəfərov



