
ABŞ İsrailə 3,3 milyard dollarlıq hərbi yardım edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Senatının Təsisatlar Komitəsi bu yardımı nəzərdə tutan iki yeni qanun layihəsi təqdim edib.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin və Dövlət Departamentinin büdcələrini əhatə edən qanun layihələri xarici yardım və büdcə məsələlərini həll edir.
Buna görə də, Dövlət Departamentinin Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində İsrailə ən azı 3,3 milyard dollar qrant olaraq ayrılır.
Bu maliyyələşdirmənin qanunun qəbul edilməsindən sonrakı 30 gün ərzində köçürülməsi və qabaqcıl silah sistemləri üçün istifadə edilməsi planlaşdırılır.
İbrahim Cəfərov



